Almaniya və ABŞ Türkiyəni tək qoydu - Der Spiegel - VİDEO
15.08.2015 14:30 Dünyadan reaksiya 2924
Almaniya və ABŞ Suriya rejimindən gələcək təhlükəyə qarşı Kahramanmaraşda yerləşdirilən raket əleyhinə müdafiə sistemlərinin Türkiyədə qalmaq müddətini uzatmayacaq.
Reaksiya.az xəbər verir ki, Almaniya Federal Müdafiə Nazirliyinin sözçüsü Ingo Gerhartz iki həftə əvvəl verdiyi açıqlamada alman patriotlarının 2016-cı ilin yanvar ayına qədər Kahramanmaraşda qalacağını bildirmişdi.
Alman hökuməti Patriot missiyası çərçivəsində Türkiyədə yerləşən alman əsgərlərini vəzifə müddətləri başa çatdıqdan sonra evə çağırmağa hazırlaşır.
Almaniyanın Müdafiə Nazirliyi bu xəbəri təsdiqləyib. Nazirliyin sözsüsü Türkiyənin cənub-şərqində xidmət edən 250 alman əsgərinin qarşıdakı aylarda geri qayıdacağını bildirib.
Sözçü çəkilmə qərarının Suriyadan Türkiyəyə daha bir hücum təhdidinin olmaması səbəbilə qəbul edildiyini deyib.
Qeyd edək ki, alman qoşunları 2,5 il öncə Suriyadan gələn mümkün hücumlara qarşı NATO missiyası çərçivəsində patriot müdafiə sistemlərilə birlikdə Türkiyəyə yerləşdirilib.
Bölgədə terror hücumlarına qarşı təhlükəsizlik tədbirləri artırıldığından əsgərlərin çölə çıxması qadağan olunub.
Şərhlər