Müharibə bu cür bitəcək: İrəvanın “materialı” qalmayacaq

07.11.2020 10:38     Dünyadan reaksiya     665

İndiyə qədər erməni qüvvələrinin heç bir böyük əks-hücumu uğurla nəticələnməyib, əksinə, böyük itkilərə gətirib çıxarıb.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Meduza” rusdilli nəşrdə qeyd olunub.

Məqalədə bildirilir ki, döyüşən tərəflərin gücü eyni deyil və Azərbaycan Ordusunun üstünlüyü aydın görünür:

“Görünən odur ki, qüvvələr bərabər deyil: bir ay ərzində ermənilər canlı qüvvə və texnikada çox ağır itkilər veriblər. Onlar Şuşa və Stepanakerti (Xankəndi - red.) Ermənistanla birləşdirən yolu müdafiə etmək iqtidarında deyillər. Əgər Ermənistan ordusu yaxın günlərdə əks-hücum etməsə, onların ən mühüm təchizat xətti itəcək, “dqr”in paytaxtı Şuşadan 10 kilometr aralıda yerləşən Xankəndidə təhlükə yaranacaq”.

Məqalədə münaqişənin necə bitəcəyi xüsusilə vurğulanıb:

“Ermənistan işğalı altında olan qalan əraziləri saxlaya bilməyəcək, münaqişənin kompromisli siyasi həllinə ümid isə birdəfəlik itəcək. Ermənistanın və Rusiya, Fransa, eləcə də ABŞ-dan ona simpatiyası olan siyasətçilərin kompromisə nail olmaq üçün heç bir "materialı" qalmayacaq”.

Reaksiya.az

Şərhlər