Çavuşoğlu: Qarabağda prosesi birgə icra edəcəyik

10.11.2020 14:05     Dünyadan reaksiya     485

Bu, Azərbaycan üçün böyük uğurdur, zəfərdir.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qısa müddət ərzində 7 rayonun hamısı Azərbaycana təslim ediləcək:

“Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu göstərdi. Hər dəfə atəşkəsi pozan, müharibə istəyən Ermənistan oldu. Ermənistan bunun bədəlini ağır şəkildə ödədi. Ötən gecə 3 ölkə arasında atəşkəs imzalandı. Bunun hansı formada icra edilməsi məsələsi var. Paşinyan məğlubiyyəti qəbul etmək məcburiyyətində qaldı. Bundan sonrakı prosesi birlikdə icra edəcəyik. Xeyirli olsun. Bu da bir dərs olsun”.

Reaksiya.az

Şərhlər