Qondarma Qarabağ mövcudluğunu itirdi - Rus politoloq

11.11.2020 10:23     Dünyadan reaksiya     1242

Paşinyan qeyd-şərtsiz kapitulyasiyaya imza atıb.

Reaksiya.az xəbər verir ki, bu sözləri erməniyönlü rusiyalı politoloq Qleb Kuznetsov öz Feysbuk səhifəsində paylaşıb.

“Bu, sülh deyil, kompromis deyil, şərəfli məğlubiyyət deyil, məhz qeyd-şərtsiz kapitulyasiyadır. Düşmən hesab etdiyindən daha çox şey əldə etdi. O, hər şey üçün indulgensiya (cənnət qəbzləri) qazandı.

Şuşanın və ordunun itirilməsi ilə Qarabağ mövcud ola bilməz. Faktiki olaraq beş illik sülhməramlı mandat müddəti ona görə lazımdır ki, bütün erməni əhalisi oranı özü tərk etsin”, - deyə o bildirib.

Reaksiya.az

Şərhlər