İrəvanda 130-a yaxın etirazçı tutuldu

11.11.2020 16:26     Dünyadan reaksiya     472

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları İrəvanın Azadlıq Meydanından 129 vətəndaşı polis bölmələrinə aparıblar.
 
Reaksiya.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hazırda müxalifətin mitinqi davam edir.
 
Qeyd edək ki, kütləvi etiraz aksiyasının iştirakçıları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzaladığı üçün onun istefasını tələb edirlər.
İştirak edənlər sənədin imzalanmasını “xəyanət” hesab edirlər.
Mitinqdə Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan bildirib ki, əgər biz Nikolu qovmayacağıqsa, deməli, xalqımız ləyaqətsizdir.
Etirazçılar “Nikol xaindir” şüarları səsləndirirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq keçirilən yerə gəlməyə davam edirlər.
 

Şərhlər