Ermənistan müxalifəti Paşinyanı istefaya göndərə bilmədi

11.11.2020 22:07     Dünyadan reaksiya     527

Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

Reaksiya.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib. Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: "İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".

Reaksiya.az

Şərhlər