Keçmiş baş nazir: "Merkel yaman içir"...

06.06.2015 14:37     Dünyadan reaksiya     1582

Norveçin keçmiş baş naziri NATO-nun baş katibi Jens Stoltenberq Almaniyanın baş naziri Angela Merkel ilə dəfələrlə bir yerdə içki içdiyini və onunla içki içməkdən zövq aldığını bildirib.

Stoltenberq Norveçdə nəşr olunan "Aftenposten" qəzeti ilə müsahibəsi zamanı Merkelin içki içməsindən danışıb. O, Merkelin içki içməkdə mahir olduğunu deyən Stoltenberq bu vəziyyəti bu sözlərlə izah etməyi üstün edib: "Belə danışaq, masadan birinci heç vaxt o, durmaz".

 

Ağ şərabı çox sevir

 

NATO-nun baş katibi həmçinin, Merkelin 2012-ci ildə bir zirvəyə ev sahibliyi etdiyi sahil qəsəbəsi Stralsunddaki xatirələrindən danışmağı da unutmayıb. Merkelin sevdiyi içkilər haqqında da məlumat verib: "Merkel ağ şərab içir, mən də pivə içirəm. Dayanıqlılığından çox təsirləndim. Stralsundda onunla çox gözəl bir axşam keçirmişdim. Belə danışaq: Merkel masadan heç vaxt birinci durmur".

Şərhlər

Çox oxunanlar