İŞİD Putinə müharibə açsaydı... - ABŞ-ın müttəfiqi olardı
15.08.2015 16:18 Dünyadan reaksiya 1919
Avstriyada yayımlanan “Contra” jurnalında yer alan məqalədə ABŞ xarici siyasətində dostların göz qırpımında düşmənə çevrilməsinin mümkün olduğuna diqqət çəkilib:
"Əgər İŞİD Rusiya ilə döyüşsəydi, Vaşinqton İŞİD-i müttəfiq kimi görərdi".
Evans Denningsin yazdığı məqalədə ABŞ və müttəfiqləri özlərini yaxşılığın mütləq tərəfi olaraq gördükləri ifadə edilir:
"Bu baxımdan Qərb 100 faiz yaxşılığı təmsil edir, Rusiya isə 100 faiz pisliyi. Qalanlar isə arada qalıb. Düşmən, ya da dost statusundakı yerləri ani olaraq dəyişə bilər".
OYUNUN QAYDASI BƏLLİ
Denningsə görə oyunun qaydası bəllidir. Qismən pis olanların yaxşının istədiyini yerinə yetirmək məcburiyyətində olduğunu ifadə edən yazar, əks təqdirdə qismən pis olanların çoxu pis olanlar qrupuna daxil olacağını və Qərbin maraqlanacağını vurğulayıb. Avstriyalı yazıçı, bu barədə İraqın keçmiş lideri Səddam Hüseyndən nümunə gətirib. Dennings Səddam Hüseynin uzun illər 70 faiz yaxşı statusunda olduğunu ancaq daha sonra ABŞ-ın istədiklərini yerinə yetirmədiyi üçün 90 faiz pis olduğunu bildirib. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin də eyni taleyi bölüşdüyünü qeyd edib.
DOĞRU DÜŞMƏNLƏRLƏ DÖYÜŞƏN RADİKAL İSLAMİ QRUPLAR ABŞ ÜÇÜN MÜTTƏFİQDİR
Dennings ABŞ-ın Yaxın Şərqdəki radikal qruplara baxışını da təhlil edib.
Denningsə görə, doğru düşmənlərlə döyüşdükləri müddətdə Yaxın Şərqdəki radikal İslami qruplar ABŞ tərəfindən müttəfiq kimi görünür. Ancaq İŞİD-in daxilində vuruşan bu qrupların bəziləri 90% pis qrupuna daxil olub. Hər şeyə baxmayaraq bu qruplar tamamilə pis qəbul edilmir. Məsələn, İŞİD Rusiya Prezidenti Vladimir Putinə qarşı olduğunu elan etsə, Qərb İŞİD-i terrorçu deyil, azadlıq döyüşçüləri adlandırar.
Şərhlər