Peskov: Helikopter faciəsi və bitərəfliyimiz..

13.11.2020 12:01     Dünyadan reaksiya     484

Rusiya həm Azərbaycanla, həm də Ermənistanla dostluq münasibətinə önəm verir. Bu hal Qarabağ münaqişəsində Rusiyanın bitərəf vasitəçi olmasına imkan verir.

Reaksiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya KTMT üzrə vəzifələrini unutmayıb və Rusiyanın Qarabağ münaqişəsində Ermənistana kifayət qədər dəstək verməməsi ilə bağlı səsləndirilən iradlar əsassızdır.

Peskov sərhəddə Mi-24 helikopterinin vurulmasına da münasibət bildirib.

“Bu, həqiqətən faciədir, iki hərbçimiz həlak olub. Lakin ani reaksiya və məsələnin qərəzsiz araşdırılmasına, günahkarların cəzalandırılmasına hazır olması ilə bağlı açıqlamalar Azərbaycanın üzrxahlığının qəbul edilməsinə imkan yaradıb”, - Peskov deyib.

Reaksiya.az

Şərhlər