Ukrayna yüksək texnologiyalar sənayesini itirəcək
15.08.2015 16:44 Dünyadan reaksiya 2527
Ukraynanın keçmiş Baş Nazirinin vəkili Sergey Arbuzov Rusiya ilə əlaqələrini qoparan Ukraynanın kosmik və aviasiya sənayelərini itirmə riski ilə qarşı-qarşıya olduğunu bildirib.
Reaksiya.az xəbər verir ki, Arbuzov bir çox Ukrayna şirkətinin Rusiyaya sıx bağlı olduğunu deyib: “Bunlar, əsasən, 1990-cı illərdə Rusiyalı tərəfdaşlarla əməkdaşlıq sayəsində ayaq üstə durmağı bacaran sovetin yüksək texnologiyalar sənayesinin qalıqlarıdır. İndi hamısı fəaliyyətlərinə son vermək məcburiyyətində qalacaq”.
Ukraynalı siyasətçi qeyd edib ki, Ukrayna kosmos və aviasiya sənayesi ilə birlikdə ağır mühəndislik sənayesini itirəcək. Bunlar isə bütün inkişaf etmiş iqtisadiyyatlarda dəyəri yüksək qiymətlərlə ölçülən məhsulları istehsal edən lider sənayelərdir.
O, bu şirkətlərin başqa bir alternativ seçimlərinin olmadığını vurğulayıb: “Rusiyalı tərəfdaşlarımız gedəndən sonra müəssisələrimizə Almanlar və ya Amerikalılar yox, bu obyektləri lazımsız parçalara ayırmaq üçün məhvedici maşınları olan işçilər gələcək. Buna görə də hökumət doğruya doğru, əyriyə əyri deməlidir. Rusiya ilə əməkdaşlıqdan imtina etmək bütöv bir sənayedən imtina etmək deməkdir”.
Şərhlər