ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi
19.11.2020 11:27 Dünyadan reaksiya 944
Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib.
Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib.
Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası iştirakçılarına zorakılıq tətbiq etməkdə günahkar bilinir.
Şərhlər