Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

20.11.2020 15:10     Dünyadan reaksiya     711

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb.

“Report” xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb.

Argentinada ispan dilində çıxan “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında “Diplomatik qaçaqmal” başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdirirmişlər. Bu cinayəti törətməkdə Ara Ayvazyan və o biri diplomatlar diplomatik toxunulmazlıq və pasportdan istifadə edirmiş.

Bildirilib ki, Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub.

Argentinada da səfir işlədiyi zaman hazırladığı hesabatda erməni iş adamı, milyader Eduardo Ernekyan barəsində böhtan və yalan yazaraq Xarici İşlər Nazirliyini gülünc vəziyyətdə qoyub.

Bundan başqa iddia edilir ki, aprelin 23-də ermənilərin saxta tarixi günü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və türk səfirlə bir yerdə oturub, yeyib-içib.

Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb.

Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir.

Qeyd edək ki, Ara Ayvazyan 1969-cui il martın 30-da Yerevanda anadan olub. 1993-cü ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, 1994-cü ildə Livanın paytaxtı Beyrutda Siyasətşünaslıq fakültəsini bitirib. 1994-1996-cı illərdə Ermənistan XİN Avropa departamentinin ikinci attaşesi, 1996-1997-ci illərdə Ermənistanın Argentinadakı səfirliyində ikinci katib, 1999-2006-cı illərdə Ermənistanın Argentina, Çili və Urqvay üzrə səfiri işləyib. Nazir təyinatınadək Ar Ayvazyan çüxtəlif ölkələrdə səfir, nazir müavinin vəzifələrində çalışıb.

2020-ci il noyabrın 18-də Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə xarici işlər naziri təyin olunub.

Reaksiya.az

Şərhlər