Türkiyədə daha bir terror hadisəsi törədildi - 3 şəhid

15.08.2015 22:14     Dünyadan reaksiya     1782

Türkiyədə PKK terrorçuları tərəfindən daha bir terror hadisəsi törədilib.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların Bingöl bölgəsində hərbi maşını partlatmaları nəticəsində 3 əsgər şəhid olub, 6 nəfər yaralanıb.

Hadisə terrorçuların Karlıova rayonunda yola öncədən yerləşdirdikləri uzaqdan idarə olunan partladıcının işə salınması nəticəsində baş verib.

Şərhlər