Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib
25.11.2020 15:56 Dünyadan reaksiya 1286
Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.
“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, - V.Karapetyan bildirib.
Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.
Şərhlər