“Hərbi texnikalarımızın 85 faizi məhv edilib” - Sabiq erməni baş nazir

25.11.2020 16:48     Dünyadan reaksiya     1941

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin Qarabağ döyüşlərindəki məğlubiyyətinin "səbəbini" açıqlayıb.

Azvision.az xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib:
"Mən hansısa sirri açıqlamıram. Çünki azərbaycanlılar hamısını sayırlar və texnikalar onların ərazilərində qaldı․ İndi Ermənistandakı axmaq rəqiblərimiz siz sirr yayırsınız deməyə başlayacaqlar. Məğlubiyyətin bir neçə siyasi səbəbi var․ Biri Ermənistanın “Artsax”ın (Qarabağ-red) müstəqilliyini tanımamasıdır. Müharibə başlayandan bir saat sonra yazdım ki, dərhal müstəqilliyi tanıyın. Etmədilər. İkinci siyasi səhv anti-Rusiya məqamıdır. Nə qədər istəməsək də, başa düşməliyik ki, biz rusiyapərəst dairədə qalmalıyıq".

Baqratyan üçüncü siyasi səhv kimi, İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib: “Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.

Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir super güclə münasibətlərdə siyasi səhvə yol verildiini deyib.

Şərhlər