Balkan tanrısı: Putin

16.08.2015 02:42     Dünyadan reaksiya     1943

Almaniyanın Handelsblat qəzeti Balkan ölkələrində Rusiyanın dünya gücü, Putinin də Allah kimi qəbul edildiyini yazır.

Handelsblat jurnalisti Stefan Kreytvolf Bosniya və Hersoqovinanın paytaxtı Saraybosnada gəzərkən üstündə Rusiya prezidenti Putinin şəkli əks olunmuş bir gənclə qarşılaşır. Darijo Marakoviç adlı gənc Putin sevgisini belə izah edir: “ Putin həs istədiyini əldə edə bilən bir liderdir. Balkan ölkələrinin tək ümid yeridir. O, bizim tanrımızdır.”

Jurnalist deyir ki, qonşu Serbiyada Putinin fotosu əks olunmuş köynək geyinən gənclərə daha çox rast gəlmək olur. Onun dediyinə görə serblər Rusiyanı ölkələrinin dostu, Putini də “ nümunəvi lider” olaraq görür.

Şərhlər