Ermənilər anlamalıdır ki, “artsax” yoxdur - Voronenko
09.12.2020 12:55 Dünyadan reaksiya 481
Azərbaycan ordusu və bu ölkənin siyasi rəhbərliyi torpaqlarını tamamilə işğaldan azad etməyi bacardı.
Bunu açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.
Onun sözlərinə görə, erməni cəmiyyəti dərk etməlidir ki, artıq “artsax” deyə bir anlayış yoxdur:
“Üçtərəfli razılaşmada ermənilərin geri çəkilməsi nəzərdə tutulmayan ərazilər belə Azərbaycanın yurisdiksiyasına qayıdır. Məhz bu səbəbdən də Azərbaycan əsgərləri Xankəndi ərazisində sərbəst hərəkət edə bilir”.
Şərhlər