“Azərbaycanın yaşayış məntəqələrindən birinə çevriləcəyimizin astanasında olacağıq”
10.12.2020 09:54 Dünyadan reaksiya 1000
“Ermənistanda inzibati-ərazi bölgüsü və dövlət sərhədi haqqında qanunvericilik var. Amma bu hakimiyyət bu gün onu yerinə yetirmir, hətta təyin olunmuş məsul şəxs də yoxdur ki, bu vəziyyətdə azərbaycanlılarla danışıqlar apara bilsin”.
Reaksiya.az bildirir ki, bu sözləri Yerevanda Ermənistan parlamenti binasına etiraz yürüşündə “Daşnaksütyun” partiyasının üzvü Artsvik Minasyan jurnalistlərlə söhbətində deyib.
“Azərbaycan generalı ilə bizim kəndli, yaxud icma başçısı danışıqlar aparır. Ermənistan hökumətinin sərhəd qoşunları var, onlar MTX-ya tabedir, onlar haradadır? Bu, sadəcə, absurddur... Əgər hakimiyyət dərhal getməsə, biz Ermənistanda da çoxlu ərazi itirəcəyik, vəziyyətimiz son dərəcə mürəkkəb olacaq, dövlətçiliyimizi itirəcəyik və Azərbaycanın yaşayış məntəqələrindən birinə çevriləcəyimizin astanasında olacağıq”, - deyə Minasyan qeyd edib.
Şərhlər