“Türkiyə, Azərbaycan və Rusiya arasında əməkdaşlıq davam edir” - Akar

10.12.2020 10:39     Dünyadan reaksiya     548

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin binasının inşası və fəaliyyətə başlaması üçün Türkiyə, Azərbaycan və Rusiya arasında əməkdaşlıq davam edir.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı bildirib.

Akar 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını xatırladıb.

Reaksiya.az

Şərhlər