“Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir”
10.12.2020 10:58 Dünyadan reaksiya 513
Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün parlamentdəki çıxışında Cənubi Qafqazdakı vəziyyətə və Dağlıq Qarabağda atəşkəs rejiminin izlənilməsinə dair razılaşmalardan danışıb.
Reaksiya.az xəbər verir ki, Akar Türkiyə və Rusiya ortaq atəşkəsə nəzarət Birgə Mərkəzinin tikintisinin davam etdiyini bildirib.
“Atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin binasının inşası davam edir”,- deyə nazir vurğulayıb.
Akar qeyd edib ki, Türkiyə və Rusiya Prezidentləri atəşkəs şərtlərini müzakirə edərək Dağlıq Qarabağda atəşkəsin effektivliyinin təmin olunmasına öz töhfələrini veriblər.
Şərhlər