Peskov dünya müharibəsi sualına Qarabağı nümunə gətirdi: nüvə silahı olmasaydı...

05.01.2021 14:43     Dünyadan reaksiya     434

Nüvə bərabərliyi olduğu müddətcə dünya müharibəsi mümkün deyil.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Soloviev Live" yutub proqramında deyib.

Onun sözlərinə görə, nüvə silahlarının mövcudluğu dünyanı müharibə ehtimalından xilas edir: “Baxmayaraq ki, burnumuzun ucunda dəhşətli müharibələr gedir və bu müharibələrin dayandırılmasından ən böyük ölkələr hələ də məsuliyyət daşıyırlar. Prezident Vladimir Putin nə etdi - Qarabağdakı müharibəni dayandırdı”, - Peskov bildirib.

Reaksiya.az

Şərhlər