Ərdoğan Baxçalı ilə görüşdü

05.01.2021 17:05     Dünyadan reaksiya     569

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Reaksiya.az xəbər verir ki, MHP rəhbəri Ərdoğanı Çayyoludakı evinin qarşısında qarşılayıb. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

Baxçalı görüşdən sonra Prezidenti avtomobilinə qədər müşayiət edərək yola salıb.

 

 
 

Şərhlər