Bu ölkədə hava çirkliliyindən 1,6 milyon adam ölür

16.08.2015 11:22     Dünyadan reaksiya     2000

Kömürə bağlı olan ağır sənayenin sürətlə inkişaf etdiyi  Çində önünə hava çirklənməsi ən böyük ölüm səbəbi halına gəlib.

Reaksiya.az xəbər verir ki, Çindəki 1,500 bölgədə hava çirklənməsinin hər saat  saat nə qədər dəyişdiyini  öyrənən Berkli Earth dərnəyi havadakı çirk nisbətinin dörd aylıq hesabatını hazırlayıb. Nəticələr onu göstərib ki, Çin əhalisinin 38%-i çirklilik səviyyəsinin həddindən çox olduğu hava ilə  nəfəs alır.

Çindəki hava çirklənməsi hər gün 4 min insanın ölümünə səbəb olur. Dünyada ölən hər 6 yeniyetmədən birinin günahkarı da bu məsələdir.  Çinin sahil bölgələrinin 99,99% -dəki çirklilik dərəcəsi ABŞ-ın ən çirkli havaya malik Kalifoniya regionunu belə arxada qoyur.

 Tədqiqatda iştirak edən Riçard Muller ümumilikdə Çindəki ölümlərin hallarının  17%-nin hava çirkliliyindən qaynaqlandığını bildirir: “Hava çirklənməsi dünyanın ən böyük problemidir. Çirkli havaya məruz qaldığınız hər saat həyatınızdan 20 dəqiqə azalır. Bu, bir yetkin və ya uşağın saatda 1,5 qutu siqaret çəkməsinə bərabərdir".

 Ölüm sayı bir neçə dəfə artıb

 Çinin Tsinghua Universitetinin ötən il açıqladığı tədqiqatda 2012-ci ildə ölkədə 670 min nəfərin hava çirkliliyindən öldüyü qeyd olunub.

Dünya Səhiyyə Təşkilatı Çin xalqının 10%-nin hava çirklənməsi həddinin ən az 10 dəfə artıq pozulduğu bölgələrdə yaşadığını bildirib. Çin rəsmiləri ölümlərin əsas səbəbinin havadakı 2,5 mikroqramdan da kiçik hissəciklərin olduğunu bildirib.

Çinin əsas enerji mənbəyinin 2040-cı ilə qədər kömürün olması gözlənilir. Çin bərpa olunan enerjiyə sərmayə qoysa da havanın çirkləndirilməsinin qarşısını almaq üçün bu  mühüm bir addım deyil.

Şərhlər

Çox oxunanlar