Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzindən danışıb
15.01.2021 17:53 Dünyadan reaksiya 480
“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”.
Reaksiya.az-in xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib.
“60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, - deyə M. Çavuşoğlu qeyd edib.
XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq.
Şərhlər