Rusiya Ağdama əlavə mütəxəssislər göndərdi
18.01.2021 14:23 Dünyadan reaksiya 504
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.
Reaksiya.az, Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
“Lider” mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb. Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir”, - məlumatda bildirilib.
Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.
Şərhlər