Korotçenkodan Lavrova: O ermənilər əsir deyil, terrorçudur!
19.01.2021 15:56 Dünyadan reaksiya 581
Döyüş əməliyyatlarının dayandırılmasından sonra Xocavənd rayonunda aşkarlanmış 62 erməni hərbiçi 9 noyabrda (10 noyabr) imzalanmış sazişə aid deyil. Onların Azərbaycana göndərilməsi üç ölkə liderinin məlum sazişi imzaladıqdan sonra həyata keçirilib.
Reaksiya.az xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışına münasibət bildirərkən deyib.
“Beynəlxalq hüquq normaları baxımından Azərbaycan ərazisinə qanunsuz daxil olan, silahlı təxribatlar törətmiş erməni əsgərlər hərbi əsir statusuna malik deyil, onları beynəlxalq terrorçular kimi tövsif etmək lazımdır. Buna görə də onların Ermənistana qaytarılması məsələsi tamamilə ayrı mövzudur və 10 noyabr tarixli bəyanata aid deyil. Bu mövzunu müzakirə etmək üçün ayrı-ayrı danışıqlar keçirilməlidir, o cümlədən İrəvan tərəfindən dəqiq qərar qəbul olunmalıdır ki, Dağlıq Qarabağ ərazisində erməni silahlı qüvvələri yerləşməyəcək. Belə şəraitdə Xocavənd rayonunda nəzarət altına götürülən erməni hərbçilərinin taleyi ilə bağlı razılığa gəlmək olar. Bununla yanaşı, Laçın dəhlizindəki şlaqbaum Ermənistanın silahlıları üçün birmənalı olaraq bağlanılmalıdır. Bu, həm sülhməramlıların təhlükəsizliyi, həm vəziyyətin sabitləşməsi deməkdir, həm də imzalanmış və hazırda həyata keçirilən tamhüquqlu razılaşmalara uyğundur", - o bildirib.
Korotçenkonun sözlərinə görə, Ermənistan rəsmilərinin Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ regionuna daxil olması yalnız Azərbaycanın rəsmi, səlahiyyətli orqanlarının razılığı və icazəsi ilə həyata keçirilməlidir:
“Bu, çox vacibdir ki, Ermənistan Qarabağa beynəlxalq terrorçular kimi tövsif ediləcək və Azərbaycan torpağında silahlı təxribatlar həyata keçirə biləcək insanları göndərməsin. Ötən il noyabrın 9-da imzalanmış sazişin bütün məsələlərinin vaxt azlığına görə ətraflı şəkildə işlənmədiyini nəzərə alsaq, bu, son dərəcə vacibdir. Bu gün bütün bu məsələləri ciddi şəkildə həll etmək lazımdır".
Şərhlər