Avropada biabırçılıq - İşıqforlardakı nədir?

16.08.2015 11:55     Dünyadan reaksiya     2424

Münxendə “Christopher Street Day” tədbirləri çərçivəsində bir müddət əvvəl şəhərin bəzi kiüçə və prospektlərində müvəqqəti qoyulan gey ve lezbiyan motivli işıqforlar artıq həmişəlik qalacaq.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Vyanadan sonra Münxendə qoyulan  50 işıqfor Munhen Bələdiyyəsinə təxminən 10 min avroya başa gəlmişdi. Yeni işıqforda qırmızıda əl ələ tutub yaşıl işığın yanmağını gözləyən lezbiyan cütlük və yaşıl işıqda qırmızı yanmadan yolu keçməyə çalışan gey cütlük birlikdə görünürlər.  
Xatırladaq ki, Eurovision yarışması üçün Vyanada 120 piyada keçidindəki işıqforlar məhz bu cür dəyişdirilmiş və əhali tərəfindən yaxşı qarşılanmışdı. Amma Münxendəki xristian demokratlar israrla bu işıqforlara etiraz edirlər.

Şərhlər

Çox oxunanlar