Sən kimsən axı?!

06.06.2015 15:59     Dünyadan reaksiya     1229

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Prezident Ardahanlılarla görüşür" proqramında iştirak edib və yenə Qərb mətbuatı onun tənqid hədəfinə tuş gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitqində aşağıdaki məqamlara toxunub: "Bir İngilis qəzeti bu seçki ilə bağlı nə deyir, bilirsinizmi? 'Tam müasirləşməmiş, yoxsul müsəlmanların, öz ölkələrini idarə etməsinə icazə verilə bilməz". Sən kimsən axı, tərbiyəsiz?! Həddini bil. Nə vaxtdan sizə bu cür səlahiyyət verilib? Türkiyə artıq əvvəlki Türkiyə deyil. O tarix oldu. Artıq bu millətin həqiqi övladları bu ölkədə rəhbərliyə sahibdirlər. "Əgər Ərdoğan bazar günü istədiyini alsa, "unstoppable"(qarşısı alınmaz Türkiyə - r.q) olacaq" - deyirlər. İşə bax, "Ərdoğan" - deyəndə elə bilməyin ki, mənim özümü nəzərdə tuturlar. Əsl "unstoppable" dedikləri Türkiyədir".

Şərhlər

Çox oxunanlar