Rusiya bu ölkələrin diplomatlarını deportasiya etdi

05.02.2021 19:33     Dünyadan reaksiya     637

Rusiya Almaniya, Polşa və İsveçdən olan diplomatları ölkədən çıxarıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “EU Observer” nəşri məlumat yayıb. Bildirilir ki, diplomatlar icazəsiz aksiyalarda iştirak etdiklərinə görə deportasiya olunublar.

 

Qeyd edək ki, müxalifətçi bloger Aleksey Navalnının saxlanılmasına etiraz olaraq 23 və 31 yanvar tarixlərində Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib. Onun haqqında həbs qərarından sonra fevralın 2-də aksiyalar yenidən təkrarlanıb.

Reaksiya.az

 

 

 
 
 

Şərhlər