Dünyada koronavirusdan ölənlərin sayı 2,3 milyonu ötdü

05.02.2021 23:33     Dünyadan reaksiya     557

Dünyada koronavirusdan həyatını itirənlərin sayı 2 milyon 300 min nəfəri ötüb.

Reaksiya.az-ın “Worldometers”ə istinadən məlumatına görə, bu günə qədər virus səbəbindən vəfat edənlərin sayı 2 milyon 300 min 771-ə çatıb.

İndiyədək ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 467 min 552. ABŞ-ı 229 min 97 ölüm faktı ilə Braziliya izləyir.

 

Meksikada 162 min 922, Hindistanda 154 min 954, İngiltərədə 111 min 264, İtaliyada 90 min 618, Fransada 77 min 952, Rusiyada 61 min 386, İspaniyada 61 min 386, Almaniyada 61 min 131, İranda 58 min 336, Kolumbiyada 55 min 131 və Argentinada 48 min 700 nəfər ölümcül virusun qurbanı olub.

Dünya üzrə yoluxma sayı 105 milyon 658 min 44-ə çatıb. COVID-19-dan sağalma sayı 77 milyon 318 min 350-dir. 25 milyon 893 min 984 nəfərin xəstəxanada müalicəsi davam etməkdədir.

Reaksiya.az

Şərhlər