İstanbul əhalisinin sayı azalır

05.02.2021 23:51     Dünyadan reaksiya     591

2001-ci ildən bu günədək İstanbulda əhali sayında ilk dəfə azalma müşahidə olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2019-cu ildə İstanbulda əhali sayı 15 milyon 519 min 267 nəfər olub. Ötən il isə bu rəqəm 56 min 815 nəfər azalaraq 15 milyon 462 min 452 nəfər təşkil edib. Onların 7 milyon 750 min 836-sı kişilər, 7 milyon 711 min 616-sı qadınlardır.

2020-ci ildə əhali sayı 83 milyon 614 min 362 nəfər olan Türkiyənin ən sıx şəhəri 18,49 faizlə İstanbul olub.

Reaksiya.az

Şərhlər