ABŞ gəmisi Çinin ərazi sularına daxil oldu - Xəbərdarlıq
06.02.2021 00:15 Dünyadan reaksiya 704
Çin ordusu Cənubi Çin dənizinin ərazi sularına icazəsiz daxil olan ABŞ donanmasına məxsus "Con Makkeyn" gəmisinə müdaxilə edib.
Reaksiya.az xəbər verir ki, məsələ ilə bağlı danışan Çinin Cənub Hərəkat Mərkəzi Komandanlığının sözçüsü Tin Cünli ABŞ gəmisinə xəbərdarlıq edildiyini söyləyib.
ABŞ hərbi gəmisinin Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozduğunu deyən Cünli qarşı tərəfin qəsdən belə bir addım atdığını bildirib.
Şərhlər