Qarabağda tapılan erməni meyitlərinin son sayı

06.02.2021 21:04     Dünyadan reaksiya     558

Hadrutda fevralın 5-də aparılan xilasetmə-axtarış işləri zamanı daha bir erməni hərbi qulluqçunun meyiti tapılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.

Məlumata görə, meyitin şəxsiyyəti tibbi məhkəmə ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bu gün axtarışların Hadrut və Cəbrayılda davam etdirildiyili bildirilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 13-dən etibarən Qarabağda ümumilikdə 1 365 meyit tapılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar