Bu şəhərdə küçəyə çıxmaq qadağan edildi - Muşda fövqəladə vəziyyət - VİDEO

16.08.2015 16:23     Dünyadan reaksiya     2520

Muş valisi Vedat Büyükersoy insanların təhlükəsizliyini təmin etmək üçün bu gün yerli vaxtla səhər saat 08:30-dan etibarən insanlara küçəyə çıxmağın qadağan edildiyini bildirib.

Buna səbəb Muşun təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmaların baş verməsidir.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib. Xəbərə görə, dünən PKK terrorçuları Muş vilayətinin idarəçiliyinə məxsus olan bir ekskavatoru ələ keçirərək Varto qəsəbəsinin girişindəki körpünü dağıdıblar.

Vedat Büyükersoy bildirib ki, PKK terrorçuları hələ də Vartodadır və onlara qarşı hərbi əməliyyatlar davam etdirilir.

 

Şərhlər

Çox oxunanlar