Muharrem İnce CHP-dən - istefa verəcək

08.02.2021 15:06     Dünyadan reaksiya     660

Türkiyə prezidentliyinə keçmiş namizəd, müxalif siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.

Reaksiya.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İnce yeni siyasi təşkilat qurmağı planlaşdırır.

"CHP-dən istefa verəcəyəm. Bu gün istefa verəcəyəm. Səbəbi barədə bu həftə geniş mətnlə açıqlama yayacağam", - deyə siyasətçi bəyan edib.

Reaksiya.az

Şərhlər