Liviyada gərginlik ən son həddə

16.08.2015 17:04     Dünyadan reaksiya     2133

Liviyada rəqib İslamçı qruplaşmalar arasındakı döyüşlər qızışır. İŞİD, 12 rəqib döyüşçünün başını kəsdikdən sonra çarmıxa çəkib.

 IŞİD'in iyun ayında ələ keçirdiyi Sirt ətrafındakı qarşıdurmalar şiddətlənir. Dünən İŞİD döyüşçülərinin Sirtdəki bir xəstəxana binasına basqın təşkil etdikləri, burada müalicə olunan 22 nəfəri güllələdikləri, sonra binanı yandırdıqları xəbər verilmişdi. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Liviya hökumətinə aid rəsmi Liviya xəbər agentliyi hadisəni təsdiqləyib.

Liviyanın Fransadaki səfiri Çibandır Əbuhamud Sirtdə İŞİD – in soyqırım törətdiyini, 150-200 nəfərin öldüyünü açıqlayıb. Liviyalı diplomatın məlumatlarına görə, qarşıdurmaya İŞİD - in bir imamı güllələməsi səbəb olub. Sirt iyun ayından bu yana İŞİD - in nəzarətindədir. Beynəlxalq cəmiyyət tərəfindən tanınmayan Trablus hökuməti, şəhəri yenidən ələ keçirmək üçün əməliyyat təşkil ediləcəyini bildirmişdi.

İŞİD Liviyadaki xaos mühitində güclənir

Liviya Muammər Qəddafinin devrildiyi  2011-ci ildən etibarən sabitlik əldə edə bilməyib. Ölkədə təhlükəsizlik təmin edilməyib, tayfalar arası döyüşlər və lokal qarşıdurmalar davam edir. Qarışıqlıq mühiti başda işidi olmaq üzrə cihadçı və radikal qrupların güc qazanmasına səbəb olur.

İslamçı qüvvələr keçən il paytaxt Tripolisi ələ keçirərək burada öz hökumətlərini qurmuşdu. Beynəlxalq aləmdə tanınan hökumət və məclis isə ölkənin şərqindəki Tobruka qaçaraq fəaliyyətlərini burada davam etdirdi. BMT aylardır Liviyada milli birlik hökuməti qurulması üçün çalışır.

Tobruk hökumətinin baş naziri istefa verib

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Tobruk hökumətinin baş naziri Abdullah Əl Sani bu həftə içində gözlənilməz bir şəkildə istefa verdiyini açıqlamışdı. 

Şərhlər

Çox oxunanlar