Gülben Ergen şəhid üçün status yazdı - FOTOLAR
16.08.2015 17:14 Dünyadan reaksiya 2910
Türkiyənin Şemdinli bölgəsində şəhid olan 3 qız uşaq atası Baş komissar Ahmet Çamur bütün ölkəni kədərə boğub.
Reaksiya.az xəbər verir ki, 3 uşaq anası məşhur sənətçi Gülben Ergen baş verən ağrılara münasibət bildirib.
O, Instagram səhifəsində Baş komissar Ahmet Çamurun 3 qızı ilə çəkilmiş fotosunu paylaşıb və bu sözləri yazıb:
“Şemdinlidə şəhid olan komissar Ahmet Çamur geridə dünyalar gözəli 3 övlad bıraxdı. O kiçik övladlar atasızlığı, ölümü öyrənəcəklər. Bu ağır yara kiçik yaşlarında onları üzəcək. Hamımız həyatımıza davam edərkən fəlakətlərlə üz-üzə qalırıq. İlahi ədalət var! Ahmet Çamurun üç mələyi ilə birlikdə çəkdirdiyi şəkildə divara yaxşı baxın. Başımız sağ olsun”.
Şərhlər