Ərdoğandan ABŞ-a mesaj: Gərginliklər aradan qalxır?

21.02.2021 00:45     Dünyadan reaksiya     409

ABŞ-ın yeni rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirmək istəyirik.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nə Türkiyədə, nə də regionda İŞİD-dən PKK-ya, FETÖ-dan YPG-yə qədər əli qanlı qatillərə yer var. Türkiyə olaraq, ABŞ-la ortaq maraqlarımızın fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu anlayışla uzun müddətli perspektiv əsasında ABŞ-ın yeni rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Türkiyə iki ölkə arasındakı tərəfdaşlıq və stratejik ortaqlıq münasibətlərinə uyğun olaraq üzərinə düşəni edəcək”, - Ərdoğan bildirib.

Reaksiya.az

Şərhlər