Bayden Qarabağ siyasətində aktivləşəcək - Sərkisyan

22.02.2021 13:01     Dünyadan reaksiya     439

Son üç il, daha dəqiq desək, Nikol Paşinyanın baş nazirliyi dövrü Amerika-Ermənistan münasibətlərinin ən passiv dövrüdür.

Bunu erməni politoloq Suren Sərkisyan deyib. Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti dönəmində ABŞ-la Ermənistan dövlət başçıları, müdafiə nazirləri və ya XİN rəhbərləri arasında bir görüş belə keçirilməyib.

Sərkisyan Tramp dövründən fərqli olaraq, Baydenin aktiv xarici siyasət yeridəcəyini, eləcə də Qarabağ konfliktində aktiv rol oynayacağını bildirib:

“Ümumilikdə ABŞ-ın Ermənistana münasibətdə siyasəti dəyişməyəcək. Vaşinqtonun Ermənistana münasibətdə yanaşmalarında hansısa dəyişikliklər ola bilər, amma siyasət ümumilik dəyişməyəcək”.(axar)

Reaksiya.az

Şərhlər