"2022-ci ildə də, maska taxmağa davam edəcik"
22.02.2021 15:30 Dünyadan reaksiya 489
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Antoni Fauci koronavirus pandemiyası barəsində bir sıra açıqlamalar verib.
Reaksiya.az xəbər verir ki, o, bu barədə CNN-in efirində danışıb.
Baş infeksionisti Entoni Fauçi insanların yalnız cari ildə deyil, gələn il də koronavirusdan qorunmaq üçün əsas profilaktik tədbir kimi tibbi maskalardan istifadə edəcəyini istisna etməyib.
Fauçinin sözlərinə görə, maska rejimi yalnız yoluxanların sayının nəzərəçarpacaq dərəcədə azalmasından və əhalinin böyük əksəriyyətinin peyvənd olunmasından sonra ləğv oluna bilər.
Şərhlər