Obamanı prezident edən şəxs öldü

16.08.2015 17:24     Dünyadan reaksiya     1570

Qara dərililərin İnkişafı Milli Dərnəyinin keçmiş rəhbəri, tanınmış insan haqları müdafiəçisi Culian Bond 75 yaşında Florida ştatının Fort-Uolton Biç şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.  

Reaksiya.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.  

Culian Bond ABŞ-da təcavüzkarlığa qarşı Tələbə Koordinasiya Komitəsinin yaradıcılarından olub.  

Hüquq müdafiəçisi həmçinin, yazıçı, şair, televiziya şərhçisi və ağ irqin hökmranlığının ən qatı əleyhdarı idi.  

Culian Bond ABŞ Prezidenti Barak Obamanın prezident seçilməsində ən böyük rolu olan şəxslərdən sayılır.

Şərhlər