Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
25.02.2021 21:57 Dünyadan reaksiya 430
Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.
Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər