Paşinyan onsuzda devrilmək astanasındadır - Ərdoğan

26.02.2021 16:20     Dünyadan reaksiya     449

Hazırda Ermənistanda baş verən hadisələr hərbi qiyama cəhd sayılır.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə çevrilişə cəhdin hər növünə qarşıdır:

“Ordunun hakimiyyəti ələ keçirməsi düzgün deyil. Əgər hakimiyyətdə idarə dəyişiliyi ediləcəksə, bunu yalnız erməni xalqı edə bilər. Onsuzda xalq Paşinyanı devirmək astanasına gətirib. Ancaq çevrilişə cəhdə baxışımız çox fərqlidir”.

Reaksiya.az

Şərhlər