Almaniya "Patriot"ları Türkiyədən niyə çıxarır? - SƏBƏB

16.08.2015 18:23     Dünyadan reaksiya     2076

Almaniyanın populyar qəzetlərindən “Frankfurter Allgemeine Zeitung” (FAZ) Türkiyədə yerləşdirilmiş “Patriot” raket əleyhinə müdafiə sistemlərinin  geri çəkilməsinə qəribə səbəb gətirib.

Reaksiya.Az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Almaniya qəzeti gerçək səbəbin “Türkiyənin Suriya mövzusunda Almaniya və ABŞ kimi düşünməməsi' olduğunu yazıb.

Almaniya  Türkiyədə yerləşdirilmiş “Patriot” müdafiə sistemləri ilə yanaşı buraya göndərilmiş 260 alman hərbçisini əsgərini önümüzdəki aylarda geri çağırmaq qərarı alıb.

Berlin səbəb olaraq “Suriyadan Türkiyəyə bir hücum təhdidinin olmaması” göstərilib.

Sosial Demokrat Partiya (SPD) müdafiə mütəxəssisi Rainer Arnold bu məsələdə PKK-ya qarşı hava əməliyyatlarının da rol oynadığını qeyd edib.

FAZ da Almaniyanın federal hökumətinə yaxın kəslərin şərhlərinə əsaslanaraq, bu iddianı təsdiqləyib.

Qəzet başqa bir səbəb kimi “uzun müddət Türkiyə sərhədlərində İŞİD-ə qarşı ciddi tədbirlər alınmadığını” göstərib.

Xatırladaq ki, Kahramanmaraşda yerləşdirilən Almaniya hərbçilərinin vəzifə müddəti 31 Yanvar 2016-cı ilə kimi uzadılmışdı.

Almaniya birlikləri 2012-ci ildə “Patriot” müdafiə sistemləriylə birlikdə Türkiyəyə yerləşdirilmişdi.

Şərhlər

Çox oxunanlar