Şimali Koreya ABŞ-ı “ən yeni silahlar”la hədələdi

16.08.2015 18:37     Dünyadan reaksiya     4066

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası – KXDR) Vaşinqton rəhbərliyinin Cənubi Koreya ilə reallaşdırdığı ortaq hərbi təlimləri durdurmayacağı halında ABŞ-a hücum təhdidi etdi.

Reaksiya.Az-ın “Sputnik”ə istinadən verdiyi məlumata görə,  rəsmi Pxenyan ABŞ-a "dünyanın bilmədiyi” ən son silahları ilə hücum etməyə hazır olduğunu bildirib.

Amerikanın CNN kanalının xəbərinə görə, Şimali Koreya Milli Müdafiə Komissiyası nümayəndəsi bildirib ki, "ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını sərtləşdirərək, daha qətiyyətli və qorxunc bir cavabla üzləşə bilər”.

Şimali Koreya ordusunun artıq Amerika əsgərlərinə tüfənglərlə müqavimət göstərmək məcburiyyətində qaldığı zamanlardakı kimi gücsüz olmadığını vurğulayan Pxenyan rəsmisi əlavə edib ki, "Şimali Koreya dünyanın bilmədiyi müdafiə və hücum silahlarına sahib yenilməz bir gücdür" .

Şərhlər