AB-dən çağırış: Vaksinləri saxlamayın, istifadə edin!
17.03.2021 00:26 Dünyadan reaksiya 398
Avropa Birliyi (AB) ölkələrinin bəziləri əllərində olan koronaya qarşı peyvəndlərin bir qismini istifadə etmir.
Reaksiya.az xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) Komissiyasının səhiyyə məsələləri üzrə katibi Stella Kiriakides deyib.
"Üzv ölkələr əllərində olan bütün dozaları istifadə etməlidir. Hər dozanın önəmi var. Hər bir doza səhiyyə işçiləri, yaşlılar, müdafiəsiz qruplar üçün müdafiə qalxanıdır. Bəzi ölkələr ikinci doza üçün əllərindəkiləri saxlayır. Peyvdənlənmənin sürətləndirilməsi olduqca önəmlidir”, - deyə AB rəsmisi bildirib.
Şərhlər