Çindəki partlayışın dəhşətli nəticəsi
17.08.2015 00:27 Dünyadan reaksiya 1761
Çinin şimal-şərqindəki Tiensin şəhərində iki böyük partlayış baş verdikdən sonra anbarlardakı yüz tonlarla zəhərli maye ətrafa dağılıb.
Pekin Hərbi Bölgə komandiri Şi Luze verdiyi açıqlamada “Partlayış olan ərazidə ilkin baxış zamanı bir neçə yüz ton sodium siyanur aşkar olunub” deyib.
Luze baş verən hadisədən sonra əmələ gələn sızıntının hidrogen peroksid və başqa vasitələrlə zərərsizləşdirdiklərini deyərək zərər görməyən barrellərin tezliklə təhlükəsiz ərazilərə daşınacağını bildirib.
Çin mediasında yer alan xəbərlərə görə partlayış ərazisində 700 ton sodium sionid var. Həmçinin bundan başqa bir neçə başqa kimyəvi maddə növünün olduğu da deyilir.
Qeyd edək ki, sodium sionid insan tərəfindən qəbul olunduqda orqanizmə oksigen daxil olmasının qarşısını alır.
Şərhlər