Bu gün AKP və MHP liderləri görüşür

17.08.2015 00:29     Dünyadan reaksiya     2036

Sabah Türkiyənin baş naziri Əhməd Davutoğlunun yeni hökuməti formalaşdırmaq mövzusunda söhbət aparmaq üçün Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı ilə görüşü gözlənilir.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşlərinin nəticəsi olaraq koalisiya qurmağın mümkün olmadığını bəyan etdikdən sonra MHP ilə görüşlərə başlayıb.

Xəbərdə Davutoğlunun Baxçalı ilə "heç bir ön yarğı olmadan" müzakirə aparmağı planlaşdırdığı da qeyd olunub.

Görüşdə hökümət qurmaq və ya seçimə getmək də daxil olmaqla bir çox məsələnin müzakirə ediləcəyi gözlənilir.

 

Şərhlər

Çox oxunanlar