Türkiyədə parlament partiyasının fəaliyyəti dayandırıla bilər

17.03.2021 21:17     Dünyadan reaksiya     401

Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Türkiyə Konstitusiya Məhkəməsinə müraciət olunub.

Reaksiya.az "Anadolu"ya istinadən xəbər verir ki, ittiham aktı Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin tərəfindən hazırlanıb.

İttiham aktında HDP üzvlərinin bəyanatları ilə ölkəni parçalamaq məqsədi güddükləri qeyd olunub.

Qeyd edək ki, HDP Türkiyə parlamentində təmsil olunan 5 partiyadan biridir.

Reaksiya.az

Şərhlər