Türkiyədə yoluxanların sayı artdı

17.03.2021 22:50     Dünyadan reaksiya     585

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 73 nəfər ölüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 18 912 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 17 161 nəfər sağalıb, ağır xəstə sayı isə 1 484 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 930 554 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 752 023 nəfər sağalıb, 29 696 nəfər isə ölüb.

Reaksiya.az

Şərhlər